"Kinobox" və "Mahnı TV"yə LİSENZİYA VERİLDİ

Hazırda oxunan: "Kinobox" və "Mahnı TV"yə LİSENZİYA VERİLDİ

595736

Audiovizual Şurasının iclası çərçivəsində fevralın 11-də "Kinobox" və "Mahnı TV"yə lisenziya verilib.

Şuradan Bizim.Media-ya verilən məlumata görə, lisenziyalar müraciətlər əsasında verilib.

Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib.

İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub.
 

Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.


İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında da müvafiq qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin