Azərbaycan və Serbiya arasında “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Serbiya arasında “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirildi - FOTO

595731

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları”keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin