"Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən yoxlamalar 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib".
Bu barədə Bizim.Media-ya ƏƏSMN-dən məlumat verilib.
"Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb. Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib. Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir", - nazirlikdən qeyd edilib.
Qeyd edək ki, 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrdə əmək və halinin sosial müdafiəsi naziri Səlim Müslümov olub. O, hazırda həbsdədir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:01 / 10.02.2022
“Aşkarlanan nöqsanlar 2013-2018-ci illərə aiddir\" – Nazirlikdən yoxlama xəbərinə CAVAB
Hazırda oxunan: “Aşkarlanan nöqsanlar 2013-2018-ci illərə aiddir\" – Nazirlikdən yoxlama xəbərinə CAVAB
Hazırda oxunan: “Aşkarlanan nöqsanlar 2013-2018-ci illərə aiddir\" – Nazirlikdən yoxlama xəbərinə CAVAB
59569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.