Bu rayonlarda yollar bağlandı

Hazırda oxunan: Bu rayonlarda yollar bağlandı

595669

Ötən gün axşam saatlarından yağan intensiv qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlara səbəb olub.

Bizim.Media xəbər verir ki, güclü qar səbəbilə Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi ərazilərdə yollar tam bağlanıb.
 

Rayonun dağlıq zonasında yerləşən 19 kənddə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Biləsuvar rayonunda da güclü qar səbəbindən avtomobillərin hərəkəti xeyli çətinləşib, bir sıra yaşayış məntəqələrində elektrik enerjisində fasilələr müşahidə olunur.


Hazırda hər iki rayon üzrə müvafiq dövlət qurumları tərəfindən yolların açılması, enerji təchizatının bərpası və digər fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin