Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq - BU TARİXDƏN

Hazırda oxunan: Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq - BU TARİXDƏN

595655

Bu ilin sonunadək Azərbaycanda avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq.

Bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev məlumat verib. O bildirib ki, İSB sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlayıb.
 

Onun sözlərinə görə, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ərsəyə gətirilib, həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını nəzərdə tutur:


"Düşünürük ki, bu ilin sonuna qədər müəyyən mexanizmlər tətbiq olunacaq".

Bəs, sığorta haqqını kim ödəyəcək?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, hazırda layihəsinin müzakirəsi gedir:

“Detallı şəkildə heç nə məlum deyil. Yəqin ki, yaxın 2-3 ayda konkret qərarlar olacaq. Yalnız bundan sonra prosesin necə həyata keçiriləcəyi barədə danışmaq olaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin