Nigar Həsənovanın işində yeni detallar - 1 milyona yaxın pul alınıb...

Hazırda oxunan: Nigar Həsənovanın işində yeni detallar - 1 milyona yaxın pul alınıb...

595637

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın cinayət işi üzrə bəzi faktlar üzə çıxıb.

Bizim.Media xəbər verir ki, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.

A.Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
 

Nigar Həsənovanın həbs edilməsi ilə bağlı xəbər yayımlandıqdan sonra daha bir neçə nəfər “Qafqazinfo” ilə əlaqə saxlayaraq onların da pullarının adıçəkilən şəxs tərəfindən ələ keçirildiyini iddia ediblər.


Bu əsasla zərərçəkmiş şəxslərin sayının və vurulmuş zərərin miqdarının artacağı da istisna edilmir.

Qeyd edək ki, Nigar Həsənova İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin