Daşkəsəndə yollarda vəziyyət necədir? – AÇIQLAMA - FOTO

Hazırda oxunan: Daşkəsəndə yollarda vəziyyət necədir? – AÇIQLAMA - FOTO

595630

Güclü qar yağmasına baxmayaraq Daşkəsəndə rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqə kəsilməyib. Hazırda Daşkəsən rayonu ərazisində qazın və elektrik enerjisinion verilməsində heç bir məhdudiyyət yoxdur.

Bu sözləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Daşkəsən rayon icra hakimiyyətinin şöbə müdiri Elmar Vüqarlı verib.

Onun sözlərinə görə, Daşkəsən şəhərində qalın hündürlüyü 10-15 sm, ucqar kəndlərdə isə 20-25 sm, bəzi yerlərdə 30 sm-ə çatır:
 

“Havanın şaxtalı və qarlı olmasına baxmayaraq rayonun Bayan kəndindən başlayaraq ucqar kəndlər olan Əmirvar, Alaxançallı, Çanaqçı, Qaraqumlaq, Qabaqtəpə, Dəstəfur kəndlərinin mərkəzlə əlaqələri açıqdır. Buzlü yolların torpaqlanması və duzlanması davam etdirilir.


Avtomobillərin və vətəndaşların hərəkəti üçün lazımı şərait yaradılıb. Qarın yağması davam edir. Rayonun xidmət göstərən idarə və təşkilatları, o cümlədən orta məktəblər fəaliyyətlərini hava şəraitinə uyğun davam etdirirlər”, deyə E. Vüqarlı əlavə edib.





















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin