Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

595625

Fevralın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.
 

Qar örtüyünün hündürlüyü Şahbuzda 50, Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9, Şamaxı, Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı, Xaltanda 4, Naftalan, Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı, Qəbələ, Qusar, Şəmkir, Sədərəkdə 2, Mingəçevirdə 1 sm-dir.


Düşən yağıntının miqdarı Lənkəranda 23, Cəlilabad, Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala, Zərdabda 13, Sabirabad, Şərurda 12, Oğuz, Ağsuda 9, Beyləqanda 8, Yevlax, Kürdəmirdə 5, Ağstafa, Şahdağ, Şabranda 3, Naxçıvanda 2, Şəki, Zaqatala, Ceyrançöl, Tovuz, Ordubad, Balakən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax (Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən, Şərurda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin