Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.
Bizim.Media xəbər verir ki, güclü qar səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var.
Bakı–Şamaxı–Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı–Lahıc və Muğanlı–İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur. (Azərtac)




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:53 / 11.02.2026
Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb - FOTO
Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb - FOTO
Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb - FOTO
595604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































