Fevral ayı üzrə pensiyaların ödənişinə başlanıldı – 50 manat da əlavə olunub

Hazırda oxunan: Fevral ayı üzrə pensiyaların ödənişinə başlanıldı – 50 manat da əlavə olunub

59556

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, 2022-ci il üzrə pensiyaçılara verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bərabər bölünərək onlara verilməsi nəzərdə tutulub.

Həmin maddi yardımın birinci rübə düşən ilk hissəsi (50 manat) də fevral ayının pensiyasına əlavə olunaraq verilib.

Güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin və ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları da bu ay müvafiq qrafik üzrə ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin