Qusarın Urva və Çiləgir kəndlərinin problemləri dinlənildi - FOTO

Hazırda oxunan: Qusarın Urva və Çiləgir kəndlərinin problemləri dinlənildi - FOTO

595543

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Urva və Çiləgir kəndlərində sakinlərlə görüşüb. 

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbullarda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə rəhbərləri və kəndlərin sakinləri iştirak ediblər.

Səyyar qəbullardan əvvəl rayon rəhbərliyi Urva və Çiləgir kəndlərində şəhidlərin xatirə guşələrini ziyarət ediblər.

Qəbulların başlanğıcında Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Urva kəndində keçirilən səyyar qəbulda sakinlər kəndin əsas yolunun təmiri, istismara yararsız elektrik xətlərinin yenilənməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Həmçinin elektrik enerjisinin verilişində fasilələrin yaranması, yay aylarında içməli suyun azlığı, örüş sahələrinin zəbt olunması, yeni salınmış məhəlləyə ana qaz xəttinin çəkilməməsi kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer alıb.
 

Çiləgir kənd sakinlərinin müraciətləri sırasında yay aylarında içməli suyun azlığı, istismar müddətini başa vurmuş köhnə elektrik dirəklərinin yenilənməsi, Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində yol hərəkəti nişanlarının quraşdırılması, qəbiristanlıq üçün əlavə torpaq sahəsinin ayrılması kimi məsələlər yer alıb. Həmçinin kənd stadionunun yerləşdiyi torpaq sahəsinin örüş sahəsi kimi qeydiyyata alınması səbəbindən sənədləşmə prosesində çətinliklərin yarandığı qeyd edilib. 


Vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bildirilib ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin