Şabranda baş verən qəzada yaralanan daha bir nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, 4 avtomobiin toqquşması nəticəsində ağır yaralanan 62 yaşlı Səlminaz Babayeva Xaçmaz rayon mərkəzi xəstəxanasında görülən tədbirlərə baxmayaraq keçinib.
MÖVZU İLƏ BAĞLI:
Şabran qəzasında ölənlərin sayı 2-yə çatdı – Hadisə yerindən FOTOLAR
Onun həyat yoldaşı Əli Babayev və 8 yaşlı Həqiqət Quliyeva isə hadisə yerində dünyasını dəyişmişdilər.
Qeyd edək ki, Gəndab-Yalama yolunun 6-cı km-də baş verən qəzada 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Aytəkin Alxaslı, Bizim.Media