“Bir ana Qadın Dəstək Xəttinə müraciət edərək bildirib ki, özü və 3 azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır”.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, narkotik maddə təsiri altında olan şəxs ailə üzvlərini, o cümlədən azyaşlı qız övladını cinsi zorakılıqla hədələyir, onu məktəb yaxınlığında izləyir və tapacağını bildirir.
“Qeyd edək ki, bu şəxs doğma atadır, öz övladına qarşı cinsi zorakılıq edəcəyini bildirir. Bununla bağlı Qaynar xəttə müvafiq materiallarda təqdim edilib.
Həmin şəxs əvvəllər narkotik maddə istifadəsinə görə həbs olunmuş, lakin amnistiya qərarı ilə azadlığa buraxılmışdı.
Hazırda ana və uşaqlar təhlükəsizlik məqsədilə öz evlərini tərk edərək qohum evinə sığınmağa məcbur qalıblar. Uşaqlar ciddi psixoloji gərginlik yaşayır və təhsildən yayınırlar” – deyə paylaşımda qeyd edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:08 / 10.02.2026
Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO
Hazırda oxunan: Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO
Hazırda oxunan: Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO
595516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































