Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.
Bizim.Media xəbər verir ki, Səbail Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. Qərara əsasən Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 4 ay daha uzadılıb.
Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. DTX-də aparılan araşdırma nəticəsində AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov da həbs edilib. Dünən onların həbs müddəti 4 ay uzadılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:01 / 10.02.2026
SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
Hazırda oxunan: SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
Hazırda oxunan: SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
595515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































