Azərbaycan "Yaşıl enerji" tarixində ilk karbon kreditləri aldı – FOTO

Hazırda oxunan: Azərbaycan "Yaşıl enerji" tarixində ilk karbon kreditləri aldı – FOTO

595484

"SOCAR Trading" və "AzərEnerji" ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən "Mirik" və "Qaraqışlaq" kiçik su elektrik stansiyalarını əhatə edən "Hidro-3" layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub.

Bizim.Media bu barədə SOCAR və "AzərEnerji" ASC-nin birgə yaydığı məlumata istinadən xəbər verir.

Bu, Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyətdir. Layihəni 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan "Gold Standard" qeydiyyata alıb, 28 yanvar 2026-cı il tarixində "Hidro-3" layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.

Bu, Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir.

Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir.

Bu nailiyyət Azərbaycanın yaşıl enerji strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin