Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılıb.
Artımlar yanvar ayının 1-dən tətbiq olunur və ötən ayın artımları fevral ayının ödənişi ilə birlikdə veriləcək.
Bizim.Media xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.
Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının 13-də ödəniləcək.
Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:37 / 10.02.2026
Artımlarla birgə fevralın pensiyaları BU TARİXDƏ veriləcək
Hazırda oxunan: Artımlarla birgə fevralın pensiyaları BU TARİXDƏ veriləcək
Hazırda oxunan: Artımlarla birgə fevralın pensiyaları BU TARİXDƏ veriləcək
595480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































