Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin 10 gün uzadılması təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Deputat koronavirusun "Omikron" ştammına kütləvi yoluxmanın pik həddə çatdığını və az vaxtda çoxlu sayda insanların yoluxduğunu əsas gətirərək, lokal qapanmaları effektiv hesab edib.
Musa Quliyev bildirib ki, ali məktəblərdə qış tətili müddətinin 7-10 gün uzadılmasını, yaz sesiyasının dərslərinin fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilməsi təklifini irəli sürüb.
MÖVZU İLƏ BAĞLI:
“Qırmızı diplom heç bir üstünlük təmin etmir” – İqtisad Universitetinin rektoru
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında universitetlərdə tətil müddətinin uzadılması məsələsinin müzakirə edilmədiyini qeyd edib.
Alçina Amilqızı, Bizim.Media