Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Hazırda oxunan: Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

595456

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub.

Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Təqsirləndirilən şəxslər cəzaları bitdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.

Xatırladaq ki, ötən il avqustun 17-də üç nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Onların avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin