Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkələr – İLK ÜÇLÜK

Hazırda oxunan: Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkələr – İLK ÜÇLÜK

595455

“Hər üç uşaqdan birinin dərsdən kənar məşğuliyyətləri yoxdur. Məktbəlilərin müntəzəm qaydada istifadə etdikləri fəaliyyət sahələri 14 faiz dil kursları, olimpiya və digər idman mərkəzlərinə gediş 12 faiz, kitabxanalarda olmalar isə 11 faiz təşkil edir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaqların sosial mediadan istifadə faizi 63-dür:

“Məktəblilər arasında apardığımız sorğuya görə, 36 faiz sosial mediadan istifadə etmir. Məktəbli uşaqların ən çox istifadə etdikləri platforma “Youtube” - 69 faizdir. “Whatsapp” 47 %, “Tiktok” isə 33 faizlik yerə malikdir. Uşaqların çoxu internet vasitəsilə sosial mediada təqribən 5 saat və daha çox vaxt keçirir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin