"Son günlər Bakıda məktəblərdən birində xoşagəlməz hadisə baş verib. Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bir sıra internet oyunlarından sərbəst istifadənin qarşısının alınmasının zəruriliyini qeyd edib:
“Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb.
Düşünürəm ki, ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki, bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdırlar".
Xatırladaq ki, fevralın 6-ı Bakıda yerləşən "İdrak" liseyində 10-ci sinif şagirdi tədirs müəssisəsinin riyaziyyat müəllimi işləyən Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib. Müəllim əməliyyat olunub və müalicəsi davam etdirilir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:38 / 10.02.2026
16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ
Hazırda oxunan: 16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ
Hazırda oxunan: 16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ
595445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































