FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

595411

Milli Hidrometeorologiya Xidmətinin fevralın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Bizim.Media xəbər verir ki, qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3, Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm-dir.

Düşən yağıntının miqdarı Ordubadda 6, Naxçıvan və Sədərəkdə 4, Şərur, Şabran, Astara və Yardımlıda 3, Culfa, Şəmkir, Lerik və Lənkəranda 2, Gədəbəy, Laçın, Qubadlı, Gəncə, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Mingəçevir, Sabirabad, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda 18, Şəkidə 15 m/s-dək güclənir.

Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin