"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.
Bizim.Media xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair bu gün keçirilən brifinqdə qeyd edib:
"Pensiyaların təyinatı kimi, pensiyalarda bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.
Ümumilikdə isə 2018-ci ildən minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata
çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard. 993 milyon. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media





































































































