Polis İsmayıllıda əməliyyat keçirdi – TUTULAN VAR - VİDEO

Hazırda oxunan: Polis İsmayıllıda əməliyyat keçirdi – TUTULAN VAR - VİDEO

595393

İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutulub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yerli büromuza bildirilib ki, tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin