Şimal bölgəsinin avtomobil yolları buz bağlayıb – FOTO

Hazırda oxunan: Şimal bölgəsinin avtomobil yolları buz bağlayıb – FOTO

595392

Şimal bölgəsinin bəzi yerlərinə bu gecə yenə qar yağıb. Qar bu dəfə bütün yaşayış məntəqələrinə düşməyib.

Qubadakı Regional Şimal-Şərq Hidrometereologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Qubanın rayon mərkəzinə 1 sm, Qusara 2 sm qar yağıb.

Qubanın Xaltan kəndinə 3 sm, Xızının Altıağac qəsəbəsinə 2 sm qar yağması müşahidə edilib.

Qubanın ən soyuq kəndinə qar düşməsə də burada -6,2 dərəcə şaxta qeydə alınıb.

Bölgənin avtomobil yolları buz bağlayıb.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin