Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

595382

Hazırda ölkəmizdə yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

“Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.

Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər”, - məlumatda deyilir.

İdarə bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli davranmağa, diqqətli olmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırıb:

“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək və ayıq-sayıq olmaq, mümkün təhlükələrin qarşısını almağın əsas şərtidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin