Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Hazırda oxunan: Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

595373

Zaqatala rayon sakini Oğuzda binanın dam örtüyündən yıxılaraq ağır xəsarət alıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Oğuzda ustalıq fəaliyyəti ilə məşğul olan Zaqatala rayonunun Aşağı Çardaqlar kənd sakini Rasim Məmmədov iş zamanı binanın dam örtüyündən yıxılıb.
 

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb.


Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğuna görə Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin