Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ - FOTO

Hazırda oxunan: Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ - FOTO

595321

Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial media hesabında məlumat yayıb.

O, 3 gün öncə Birliyin qaynar xəttinə 11 yaşlı qızla bağlı məlumat daxil olduğunu bildirib:

“8 yaşından etibarən atalığı tərəfindən  seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərin olma səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yaranmışdı. Uşaq özü polisə gedərək  ona qarşı olan cinayəti bildirib. "Atalıq" təhqiqat müddətinə saxlanılıb.
 

Azyaşlının müraciətinə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsi,Səbail rayonu 8-ci polis bölməsinin, Səbail rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,eləcə də Sosial Xidmətlər Agentliyinin əməkdaşları münasibət bildirərək onun yerləşdirilməsi istiqamətində “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə birgə iş apardılar.İlk olaraq azyaşlı xəstəxanada müayinə olundu və bu gün müəssisəmizə yerləşdirildi”.


Birlik sədri azyaşlının xəstəxanada olarkən yazdığı məktubu da paylaşımda təqdim edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin