Kövsər Orucbəyli: “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - FOTO

Hazırda oxunan: Kövsər Orucbəyli: “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - FOTO

595316

“Fərdi inkişafda etik dəyərlər və daxili mədəniyyət mühüm rol oynayır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Moral Akademi”nin təsisçisi Kövsər Orucbəyli "Yaddaş" Akademiyasının təşkilatçılığı ilə keçirilən “Beynin Kodları və Şəxsi İnkişaf” mövzusunda konfransda çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Psixoloji, fizioloji və mənəvi inkişaf BİR ARADA - “Beynin Kodları və Şəxsi İnkişaf” konfransı KEÇİRİLDİ – FOTO


O qeyd edib ki, insanın cəmiyyətdə qəbul olunması ilk növbədə onun daxili mədəniyyəti və davranış normalarına münasibəti ilə ölçülür:

“Etik dəyərlər yalnız peşəkar fəaliyyətdə deyil, gündəlik ünsiyyətdə də önəmli rola malikdir. Etik davranış insanın özünə və qarşı tərəfə hörmətinin göstəricisidir. Daxili mədəniyyət isə şəxsi inkişafın əsas sütunlarından biri hesab olunur. Düzgün davranış qaydaları insanın sosial münasibətlərini daha sağlam və səmərəli edir. Eyni zamanda, etik prinsiplərə sadiqlik etimad mühitinin formalaşmasına töhfə verir. Emosional intellekt və özünüidarə də etik davranışda mühüm yer tutur”.

Kövsər Orubəyli çıxışında vurğulayıb ki, davranış etikası insanın xarakterini və dünyagörüşünü əks etdirir: 

“Üstəlik, daxili mədəniyyətin inkişafı davamlı özünütəkmilləşdirmə tələb edir. Bu baxımdan insan öz davranışlarını daim təhlil etməli, həm şəxsi, həm də peşəkar mühitdə etik prinsiplərə sadiq qalmağa çalışmalıdır. Nəticə etibarilə, etik davranış və daxili mədəniyyət harmoniyası insanın uğurlu və balanslı inkişafının əsas şərtlərindən biridir”.

Qeyd edək ki, fevralın 8-də "Yaddaş" Akademiyasının təşkilatçılığı ilə “Beynin Kodları və Şəxsi İnkişaf” mövzusunda konfrans baş tutub. Konfrans elmi-praktik platforma kimi insan davranışları, beyin fəaliyyəti və fərdi inkişaf mövzularına həsr olunub. Tədbir çərçivəsində müxtəlif sahələri təmsil edən mütəxəssislər tərəfindən aktual mövzular üzrə təqdimatlar edilib, insanın psixoloji, fizioloji və mənəvi inkişafı kompleks şəkildə təhlil olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin