Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Hazırda oxunan: Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

595310

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumta verilib.

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib.
 

Belə ki, BB vəzifə qrupu üzrə proqrama "Əməliyyat sistemləri" bölməsi, AB vəzifə qrupuna aid proqrama isə "Microsoft Excel 2019 cədvəl prosessoru" bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.


Pqoqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun:

//exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin