Psixoloji, fizioloji və mənəvi inkişaf BİR ARADA - “Beynin Kodları və Şəxsi İnkişaf” konfransı KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: Psixoloji, fizioloji və mənəvi inkişaf BİR ARADA - “Beynin Kodları və Şəxsi İnkişaf” konfransı KEÇİRİLDİ – FOTO

595282

Fevralın 8-də "Yaddaş" Akademiyasının təşkilatçılığı ilə “Beynin Kodları və Şəxsi İnkişaf” mövzusunda konfrans baş tutub. 

Bizim.Media xəbər verir ki, tədbir elm, psixologiya və şəxsi inkişaf sahələrini bir araya gətirərək geniş maraq doğurub.

Konfrans elmi-praktik platforma kimi insan davranışları, beyin fəaliyyəti və fərdi inkişaf mövzularına həsr olunub. Müxtəlif sahələri təmsil edən mütəxəssislər tərəfindən aktual mövzular üzrə təqdimatlar edilib, insanın psixoloji, fizioloji və mənəvi inkişafı kompleks şəkildə təhlil olunub.

Tədbir çərçivəsində diplomatik protokol və etik davranışlar üzrə təlimçi Kövsər Orucbəyli “Daxili mədəniyyətin və davranış etikasının incəlikləri” mövzusunda çıxış edib. O, çıxışında fərdi inkişafda etik dəyərlərin və daxili mədəniyyətin rolundan söz açıb.

Dr. uzman psixiatr Fuad Bəşirov “Beynin inkişaf mərhələləri: hiss etmək və yaşamaq” mövzusunda məruzə ilə çıxış edərək beynin formalaşma prosesləri ilə insan davranışları arasındakı əlaqələri izah edib.

Tibb üzrə fəlsəfə doktoru, dosent Vüqar Abbasov “İkinci beynimiz olan bağırsaqların sirri” mövzusunda təqdimatında bağırsaq-beyin əlaqəsinin psixoloji və fiziki sağlamlığa təsirinə toxunub.

Nevroloq Əntiqə Məmmədova isə “Zərərli vərdişləri necə geridə qoymaq olar” mövzusunda çıxışı zamanı vərdişlərin neyroloji əsaslarını və onların dəyişmə mexanizmlərini praktik nümunələrlə izah edib.

Neyropsixoloq Aytəkin Aslan “Hisslərin neyrobioloji imzası” mövzusunda təqdimatında emosiyaların beyində yaratdığı neyrobioloji izlər və davranışlara təsiri barədə məlumat verib.

Psixoloq Ülkər Məhərrəmova “Xəyanətin psixoloji kökləri” mövzusunda çıxış edərək münasibətlərdə etimad, travma və psixoloji mexanizmləri təhlil edib.

Fizioterapevt-kayropraktik Vüqar Aslanlı isə “Onurğa sağlamlığının ruh halımıza təsiri” mövzusunda məruzə ilə bədən sağlamlığı ilə psixoloji vəziyyət arasındakı əlaqələrdən bəhs edib.

Çıxışlardan sonra Naid Şadxan Seyidəzim Seyidovun musiqili çıxışları tədbir iştirakçılarına təqdim olunub.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, spikerlərlə birbaşa ünsiyyət və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Beynin Kodları və Şəxsi İnkişaf” konfransı elmi əsaslara söykənən şəxsi inkişaf mövzularına maraq göstərən hər kəs üçün yadda qalan və maarifləndirici tədbir kimi yadda qalıb.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin