Qayınatası maşın almadığı üçün arvadını döydü

Hazırda oxunan: Qayınatası maşın almadığı üçün arvadını döydü

595274

Saatlı rayonunda kişi arvadını döyüb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Təvəkkül Ağayev (ad və soyad şərtidir) 2023-cü ildə ailə həyat qursa da, onların birgə nikahdan övladları olmayıb və buna görə cütlük müalicə almağa başlayıb.

Bundan bir qədər sonra Təvəkkül həyat yoldaşına deyib ki, atasından ona avtomobil almağı tələb etsin.

Təvəkkül bir gün axşam işdən evə qayıdıb və arvadından soruşub ki, atası maşın alır, ya yox. Həyat yoldaşı isə Təvəkkülə söyləyib ki, bu barədə atasına heç bir söz deməyib. Qadın xahiş edib ki, bu istəyini ona özü bildirsin. Reaksiyadan əsəbiləşən Təvəkkül arvadı ilə mübahisə edib və qadını döyüb.

Bundan sonra qadın evi tərk edərək atasının evinə gedib və hadisə barədə polisə məlumat verib. Müraciət əsasında polis əməkdaşları gələrək, T.Ağayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə T.Ağayevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin