DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!

595273

Daxili İşlər Nazirliyi Bakıda yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir.

Bizim.Media xəbər verir ki, müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının  məhkumluğu olmayan, qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.
 

Müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili sərbəst bilən, həmçinin 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.


İştirak etmək istəyən şəxslər 2026-cı il fevralın 10-dan martın 10-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-80-66;
(012) 590-98-37;
(012) 590-93-64;
(012) 590-97-52.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin