Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda itkin düşən 15 yaşlı məktəbli qan içində TAPILDI – Qəbiristanlıqda 3 kişi tərəfindən döyülüb
"Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb-xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Bizim.Media itkin düşən 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapıldığı barədə məlumat əldə edib. 3 kişi tərəfindən qəbiristanlığa aparılaraq döyülən yeniyetmənin vəziyyəti orta ağırdır.
Bizim.Media