Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, bu gün dəfn edilib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusifov MAXE kimi orduda xidmət edib.
O, Vətən müharibəsinin ilk günündə Talış-Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:41 / 09.02.2026
Şəhid anası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid anası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid anası vəfat etdi – FOTO
595245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































