Tərtərdə 150 kq-a yaxın yararsız at ətini mal əti adı altında satmaq istədilər – FOTO

Hazırda oxunan: Tərtərdə 150 kq-a yaxın yararsız at ətini mal əti adı altında satmaq istədilər – FOTO

595213

Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin bir ədəd at başı və sümükləri aşkar edilib.

Bizim.Media xəbər verir ki, faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsi və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ-nin əməkdaşları birgə reyd keçirib.
 

Araşdırma zamanı aydın olub ki, sözügedən atı eyni kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsib və sümükdən ayrılan əti paketlərə qablaşdırıblar.


Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.

İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin