Azərbaycanda 2 xəstəxanada işləməyən həkimlərə əməkhaqqı verilib – MALİYYƏ POZUNTULARI

Hazırda oxunan: Azərbaycanda 2 xəstəxanada işləməyən həkimlərə əməkhaqqı verilib – MALİYYƏ POZUNTULARI

59518

Ötən il Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında maliyyə pozuntuları aşkarlanıb, bəzi vəsaitlərin xəstəxananın kassasına mədaxil edilmədiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda xəstəxanada mənimsəmə oldu, cinayət işi açıldı 


Həmçinin, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsassız olaraq uzun müddət əməkhaqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin