Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – Şərtlər açıqlandı

Hazırda oxunan: Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – Şərtlər açıqlandı

595169

Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. 

Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.

Bizim.Media xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “baku.ws”ə açıqlamasında bildirib ki, hazırda paytaxtda söküntü işləri əsasən iki formada həyata keçirilir. 

Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:

“Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir”.

O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:

“Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin