Gənclərdə bağırsaq xərçənginə səbəb olan 3 ƏSAS AMİL

Hazırda oxunan: Gənclərdə bağırsaq xərçənginə səbəb olan 3 ƏSAS AMİL

595163

İlk baxışdan zərərsiz görünən bəzi vərdişlər əslində gənc yaşlarda bağırsaq xərçəngi riskini artırır. 

Bizim.Media xəbər verir ki, bu barədə Skandinaviya Sağlamlıq Mərkəzinin onkoloqu Sergey İvanov xəbərdarlıq edib. 

Onun Lenta.ru-ya verdiyi açıqlamaya görə, söhbət ilk növbədə energetik içkilərin istifadəsindən gedir. Bundan əlavə, fastfud və ultraemal olunmuş məhsullar da mühüm rol oynayır.

Onkoloqun sözlərinə görə, fastfud, qazlı içkilər və yarımfabrikatlar çoxlu miqdarda şəkər, rafinə olunmuş nişasta, yağlar, duz və texnoloji qatqılar ehtiva edir, lakin demək olar ki, lif vermir. Böyük tədqiqatlar belə qidaların yüksək səviyyədə istehlakı ilə bağırsaq xərçəngi riskinin artması arasında əlaqə olduğunu göstərir.

Bundan başqa, İvanov gec saatlarda yemək yeməyin və yatmazdan əvvəl qəlyanaltıların təhlükəsinə də diqqət çəkib. Bu vərdiş qlükoza və insulin səviyyəsini yüksəldir. Nəticədə öd turşularının və mikrobiotanın tərkibi dəyişir ki, bu da tez-tez bağırsaq xərçənginin inkişafına gətirib çıxarır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin