Bakı şəhərindəki “İdrak” liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxıb.
Bizim.Media xəbər verir ki, şagirdin “TikTok” hesabındakı repostlar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Bildirilir ki, paylaşımlarda 2018-ci ildə Kerç şəhərində baş vermiş faciənin iştirakçısı Vladislav Roslyakovla bağlı məzmun üstünlük təşkil edir.
Repostların böyük hissəsinin məhz bu şəxsə həsr olunması şagirdin ona xüsusi maraq göstərdiyini deməyə əsas verir.
Xatırladaq ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecində silahlı hücum törətmişdi. Həmin hadisə təhsil müəssisələrində baş verən ən ağır hücumlardan biri kimi qiymətləndirilir və sonradan “Kerç Kolumbaynı” adı ilə tanınıb. Araşdırmalara görə, bu olay ABŞ-da baş vermiş Kolumbayn məktəb hadisəsindən təsirlənərək həyata keçirilmişdi. (Musavat.com)

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 08.02.2026
Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO
Hazırda oxunan: Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO
Hazırda oxunan: Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO
595084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































