Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada ("Malakan bağı" ilə üzbəüz) yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd kondisioner və 2p.m. mətbəx mebeli yanıb.
Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:25 / 08.02.2026
"Malakan bağı"nda YANĞIN - VİDEO
Hazırda oxunan: "Malakan bağı"nda YANĞIN - VİDEO
Hazırda oxunan: "Malakan bağı"nda YANĞIN - VİDEO
595060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































