Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

595041

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir.
 

Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.


Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin