Ən geniş yayılmış qida məhsullarından biri olan kartof vitaminlər, minerallar, lif və antioksidantlarla zəngin olsa da, hər kəs üçün uyğun deyil.
Bizim.Media xəbər verir ki, bu barədə aif.ru-ya müsahibəsində həkim-endokrinoloq və dietoloq Anton Polyakov bildirib.
Mütəxəssisin sözlərinə görə, kartof badımcankimilər ailəsinə fərdi dözümsüzlüyü olan şəxslərə, eləcə də məhsulun özünə qarşı allergiya və ya həssaslıq hallarında qəti şəkildə qadağandır.
“Bundan əlavə, kartof şəkərli diabet və bir sıra digər xəstəliklər zamanı qadağan edilən məhsullar sırasına daxildir. Söhbət elə ağır karbohidrat mübadiləsi pozğunluqlarından gedir ki, bu hallarda istənilən karbohidrat qəbulu insanın vəziyyətini pisləşdirə bilər”, — deyə ekspert qeyd edib.
Polyakov əlavə edib ki, piylənmə, şəkərli diabet və metabolik sindrom zamanı kartofa icazə verilir, lakin yalnız məhdud miqdarda: “Bu, nişastalı qidadır və tez bir zamanda sadə karbohidratlara, yəni qlükozaya parçalanır. Kartof qanda şəkərin səviyyəsini yüksəldə və piy toxumasının yığılmasına səbəb ola bilər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:47 / 07.02.2026
Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ
595023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































