Pandemiya dövründə avtovağzalı zibillik basıb - PROBLEM

Hazırda oxunan: Pandemiya dövründə avtovağzalı zibillik basıb - PROBLEM

5950

Pandemiyanın tüğyan etdiyi bir vaxtda şəhərin təmizlik məsələsi ən ciddi problemlərdən biridir.

Bizim.Media xəbər verir ki, Masazır, Xırdalan, Sumqayıt və şimal istiqamətindəki digər şəhər-qəsəbələrdən paytaxta gələn sərnişinlər Beynəlxalq avtovağzal ərazisində eybəcər mənzərənin şahidi olur. 

Bu, əsasən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Şamaxinka” istiqamətindəki üst dayanacağında nəzərə çarpır.

Belə ki, Avtovağzalın Sumqayıt-Bakı yolundakı əsas dayanacağı zibillik içindədir. Həmin dayanacaqda içki şüşələri, siqaret kötükləri gözə dəyən ən sadə tullantılardır. 

Pandemiyaya görə, müəyyən fəaliyyətlərin bağlanması infeksiya ilə mübarizəyə hesablanıb. Lakin yığışdırılmayan zibillik, çirkab yeni mikrob və viruslara yol aça bilər. Bu səbəbdən gün ərzində məsələni araşdırmağa çalışacağıq. Çünki sual yaranır – problemi hansı qurum aradan qaldırmalıdır? BBAK, BNA, yoxsa AAYDA? 

Araşdırmamız olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin