"The Athletic" nəşri futbol tarixinin ən yaxşı 100 oyunçusunun reytinqini açıqlayıb.
Bizim.Media xəbər verir ki, siyahıya "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi başçılıq edir.
İkinci yerdə argentinalı əfsanə Dieqo Maradona, üçüncü pillədə isə "futbol kralı" Pele qərarlaşıb. Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo isə ilk üçlüyə düşə bilməyib və 5-ci olub.
İlk onluq aşağıdakı kimidir:
1. Lionel Messi
2. Dieqo Maradona
3. Pele
4. Yohan Kroyff
5. Kriştiano Ronaldo
6. Alfredo Di Stefano
7. Frans Bekkenbauer
8. Zinəddin Zidan
9. Ferents Puşkaş
10. Mişel Platini
Qeyd edək ki, bu sıralama sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə, üçqat dünya çempionu Pelenin 3-cü yerdə qərarlaşması azarkeşlərin narazılığı ilə qarşılanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:17 / 07.02.2026
Tarixin ƏN YAXŞILARI...
Hazırda oxunan: Tarixin ƏN YAXŞILARI...
Hazırda oxunan: Tarixin ƏN YAXŞILARI...
594988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































