Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Hazırda oxunan: Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

594982

Fevralın 6-da paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək parkların birində tanışı tərəfindən ona fiziki zor tətbiq edilərək 106 manat və mobil telefonunun talandığını bildirib.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı Z.Tağıyevin zərərçəkəndən əvvəlcə borc pul istədiyi, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən hadisəni törətdiyi məlum olub.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin