Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə nümayəndəsi Peter Mixalko Azərbaycan dövlətinə təşəkkür edib.
Bizim.Media-nın məlumatına görə, o, bunu tibb işçilərinin davamlı tibbi təhsilinin dəstəklənməsi və infeksiyanın qarşısının alınması və nəzarət üzrə ləvazimatlarının təhvil verilməsi mərasimində çıxışında bildirib.
"Buna görə Azərbaycan dövlətinə təşəkkür edirəm. Azərbaycanla həmrəyik və əməkdaşlığımızı davam etdiririk.
Bizim bura toplaşmağımızın əsas məqsədi Azərbaycanla tərəfdaş olduğumuzu göstərməkdir. Bu gün əməkdaşlığımız xüsusən pandemiya dövründə daha əhəmiyyətlidir. Bu fürsətdən istifadə edərək pandemiya ilə ön cəbhədə mübarizə aparan tibb işçilərinə də dərin təşəkkürümü bildirmək istəyirəm. COVıD-19 hamımıza təsir göstərib.
Hesab edirəm ki, pandemiya ilə mübarizədə əməkdaşlığımız qlobal səviyyədə olmalıdır. Sonra da əməkdaşlığımızı davam etdirməli və dayanıqlı bərpa tədbirləri görülməlidir", - deyə Aİ rəsmisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 10.02.2022
Avropa İttifaqı Azərbaycana təşəkkür etdi
Hazırda oxunan: Avropa İttifaqı Azərbaycana təşəkkür etdi
Hazırda oxunan: Avropa İttifaqı Azərbaycana təşəkkür etdi
59497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.