Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsinin daxil edildiyini deyib.
İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib.
Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələrinin Ali Məclisin plenar iclasına təqdim olunması tövsiyə edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 07.02.2026
Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi
594969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































