Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

Hazırda oxunan: Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

594955

Bir neçə gün əvvəl Xocavənd rayonunun Qırmızı Bazar Qəsəbəsində Vaşaq tərəfindən bir ailənin kütləvi şəkildə quşlarının məhv edilməsi barədə məlumat vermişdik.
 

MÖVZU İLƏ BAĞLI: 

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO


Kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, yırtıcı heyvan yenidən kəndə hücum edib və daha bir neçə ailənin quşlarını məhv edib. Kənd sakinləri bu vəziyyətdən təşviş içindədilər.

Kənd sakini Elxan Soltanovun sözlərinə görə, əziyyətlə saxladığı quşları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb:

"Mən də iki aya yaxındır ki, qardaşımgildə qalıram. Bir neçə gün əvvəl qardaşımın quş damına Vaşaq hücum edib, onlarla quşları məhv etmişdi. İndi də davamlı olaraq digər sakinlərin evlərinə hüçum edirlər. Bu gedişlə əziyyətlə böyütdüyümüz heç bir quş sağ qalmayacaq".


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin