Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

594936

Dövlət tibb müəssisələrində həkimlərin əməkhaqqına əlavə olaraq verilən bonusların ödənilmədiyinə dair xəbərlər yayılıb.
 

Həkimlər deyirlər ki, maaşdan əlavə verilən müəyyən məbləğdə bonuslar 2025-ci ilin sentyabr-oktyabr aylarından indiyə kimi ödənilmir. Bunun isə tibb işçiləri arasında narazılığa səbəb olduğu bildirilir.


Maraqlıdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin narazılığına fərqli cavab verib.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, bonusların ödənilməsi davam etdirilir:

“Bonusların ödənilməsi "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq davam edir".
 

Qeyd edək ki, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.


Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin