Bu gün səhər saatlarında paytaxtda fəaliyyət göstərən “BakuBus”a məxsus 2 nömrəli marşrut avtobusunda qeyri-adi vəziyyət yaşanıb. Avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə mərsiyə səsləndirib.
Bizim.Media xəbər verir ki, dini məzmunlu ifa yüksək səslə olmasa da, avtobusa minən sərnişinlərin əksəriyyəti tərəfindən aydın şəkildə eşidilib.
Hadisə bəzi sərnişinlərin diqqətini çəkib və ictimai nəqliyyatda dini məzmunun səsləndirilməsinin uyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.
Qeyd edək ki, ictimai nəqliyyat fərqli dünyagörüşə malik insanların istifadə etdiyi məkandır və bu səbəbdən belə məkanlarda neytral mühitin qorunması vacibdir. Avtobus sürücüsü xidməti vəzifədədir və onun əsas vəzifəsi sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməkdir, şəxsi dini hisslərini paylaşmaq yox...
Bu səbəbdən sürücü tərəfindən dini məzmunun səsləndirilməsi neytral mühit prinsipinə uyğun sayılmır.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu göndərilib.
Alçina Amilqızı, Bizim.Media




























































































